MotoGP üzrə Qazaxıstan qran-prisi bu dəfə də planlaşdırıldığı vaxtda baş tutmayacaq.

Yarışın tarixdə ilk dəfə 2023-cü ildə “Sokol” motodromuna gələcəyi gözlənilirdi. Sonra isə debüt bu ilin 14-16 iyununa keçirilmişdi.

Bu gün motoyürüşlər üzrə Dünya Çempionatının təşkilat komitəsi daşqın səbəbindən tədbirin 2024-cü ilin sonuna təxirə salındığını elan edib. Böyük miqyaslı sel Qazaxıstan ərazisinin böyük hissəsinə xeyli ziyan vurub.

“Ölkə daxilində on minlərlə insana kömək etməyə çalışılarkən, MotoGP tərəfindən dövlət üzərinə əlavə yük qoymaq məsuliyyətsizlik olardı”, – deyə MotoGP-nin rəsmi saytında qeyd edilib.

Shares: