“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçla bağlı bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Qalan oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər.
Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. Bu gün xal itirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm. Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, “Sumqayıt” bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq”.