“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:

“Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi.

Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.

Stressin bu həddə çatmasının səbəbi “Sumqayıt”ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı “Sumqayıt” verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”.

Shares: