Romada start götürəcək tennis üzrə “Masters” turnirində daha bir idmançı iştirak etməyəcək. Çexiyalı tennisçi İrji Leheçka zədə səbəbilə turniri buraxacaq.

Xatırladaq ki, Leheçka Madriddəki turnirdə məhz zədə səbəbindən Ojye-Aliassimlə oyundan məğlub ayrılmışdı. Onun İspaniya paytaxtında məğlub etdiyi Rafael Nadal isə artıq Romadadır. Əfsanəvi tennisçi torpaq kortlarda ilin son “Masters” turnirindən məşq şəkillərini paylaşıb.

Qeyd edək ki, Nadal Madriddəki yarışda 1/8 final mərhələsində Leheçkaya 4:6, 5:7 hesabları ilə məğlub olmuşdu.

a4aab50c 501b 4de9 b20d 1ec11666c1c4 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp