Niderlandlı velosipedçi Demi Vollerinq qadınlar arasında Vuelta-2024-ün qalibi olub. İspaniyada çoxgünlük yarışın son günündə “SD Worx-Protime” komandasını təmsil edən idmançı mərhələnin qalib olub. Madriddəki mərhələdə məsafənin uzunluğu 89,5 km təşkil edib.

Yarışların yekununda ikinci yeri liderdən 1,49 saniyə geri qalan Niderlandın digər təmsilçisi – Rianne Markus (Team Visma | Lease a Bike) tutub. İlk üçlüyü iki dəqiqəlik fərqlə italiyalı Elisa Lonqo Borqini (Lidl-Trek) tamamlayıb.

Qadınlar.  Vuelta 2024. Ümumi təsnifat

1. Demi Vollerinq (SD Worx–Protime) – 23:30.55.

2. Rianne Markus (Team Visma | Lease a Bike) +1.49 saniyə.

3. Elisa Longo Borghini (Lidl-Trek) +2.00.

4. Juliet Labus (Team dsm-firmenich PostNL) +2.58.

5. Evita Muzik (FDJ-SUEZ) + 3.15.

Shares: