Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Yarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Komandalar arasında Almaniyada keçirilən ilk oyunda “Borussiya” 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsinin cavab oyunu
23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 0:1.
Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bayern”i qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.