Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan” və “Baku Fire” üz-üzə gələcək.

Saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək qarşılaşmanı FIFA referiləri idarə edəcək. “Araz-Naxçıvan” Yüksək Liqanın qızıl, “Baku Fire” isə gümüş medalçısıdır.

Azərbaycan Kuboku
Final
7 may

14.00. Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp