MBA-da bu gecə ikinci mərhələnin iki oyunu baş tutub.

Nyu-Yorkda yerli komanda “İndiana Peysers”i seriyanın ilk oyununda məğlub edib – 121:117. Qalib komandanın heyətində Branson 43 xal toplayıb. Divinçenso 25, Hart isə 24 xalla qələbəyə töhfə verən basketbolçular olublar. Qonaq komandanın ulduzu Halibörtonun aktivində isə cəmi 6 xal var.

Denverdə keçirilən seriyanın ikinci oyununda da “Minnesota Timbervulvs” qələbə qazanıb – 106:80. Bununla da seriyada hesab 2:0 olub. Serbiyalı ulduz Nikola Yokiçin aktivində 16 xal və 16 ribaund var. Qonaqların heyətində həm Tauns , həm də Edvards 27 xal toplayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp