Bərdə rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan uşu-sanda idman növü üzrə 2008-2009, 2010-2011,2012-2013 və 2014-2016-cı il təvəllüdlü idmançılar  arasında açıq rayon birinciliyi keçirilib. Turnirdə 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

Müxtəlif çəki dərəcələri üzrə baş tutan yarışda I,II və III yerləri tutan idmançılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları təltif olunub.

Qaliblər qarşıdan gələn Azərbaycan birinciliyinə vəsiqə əldə ediblər.

BƏHRUZ MUSAYEV, BƏRDƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp