Çin Xalq Respublikasının sədri Si Szinpin Yay Olimpiya Oyunları zamanı barışın əldə edilməsinin tərəfdarı olduğunu bəyan edib.

Çin lideri bu sözləri Fransaya səfəri zamanı söyləyib. Bu səfər Çinlə Fransa arasındakı diplomatik əlaqələrin 60 illiyinə həsr edilib.

“Müasir dünya sakit deyil. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin Olimpiada zamanı Fransa ilə birlikdə bütün müharibələrin dayandırılması və sülhün bərqərar olması üçün addımlar atacaq”, – deyə çinli lider Fransa prezidenti Emmanuel Makronla mətbuat konfransı zamanı qeyd edib.

Shares: