MBA-da daha iki seriyaya start verilib.

Çempionatı lider kimi tamamlayan “Boston Seltiks” doğma arenada “Klivlend Kavalers”i darmadağan edib – 120:95. Oyunun qəhrəmanı Ceylen Braun olub. Onun aktivində 32 xal var. Teytum isə dabl-dablla yadda qalıb. Qonaq komandanın lideri Donovan Mitçel 33 xal toplayıb.

Digər seriyada da meydan sahibləri ilk oyunu qələbə ilə başa vurublar. “Oklahoma-Siti Tanders” evdə “Dallas Maveriks”dən üstün olub – 117:95. Şey Giljs Aleksander görüşü 29 xal, 9 ribaund və 9 asistlə tamamlayıb. Dallas komandasının lideri Luka Donçiç 19 xal toplayıb.

Shares: