PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasında mübarizəni dayandırması haqqında danışıb. O, cavab matçından sonra açıqlamasında nəticəni ədalətsiz hesab etdiyini bildirib.

Zərbəsi 4 dəfə dirəyə tuş gələn Fransa təmsilçisinin çalışdııcısı deyib: “Futbol o qədər ədalətsizdir ki…Uduzmaq məyusedicidir. Xüsusən də bu şəkildə. Bu gün qapıya doğru 31 zərbə vurduq, amma qol vura bilmədik. Bu, demək olar ki, inandırıcı deyil. Amma futbolda belə vəziyyətlər olur. Rəqibi təbrik edirəm. Çempionlar Liqasında yüksək rəqabət var, biz bu məğlubiyyəti qəbul edirik”.

Paris təmsilçisi ötən gecə yarımfinalın cavab görüşündə evdə Dortmund “Borussiya”sına uduzub – 0:1. Komandalar arasında ilk görüşdə də Almaniya klubu eyni hesabla qalib gəlib.

Shares: