PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Luis Enrikeni qovmaq niyyətində deyil. Qətərli iş adamı komandanın Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sına məğlubiyyətlərin heç nəyi dəyişməyəcəyini bildirib.
Futbolinfo.az xəbər verir ki, Əl-Xelaifi matçdan sonra deyib: “Nəticəyə görə çox məyusuq. Amma cavab matçında daha çoxuna layiq olduğumuzu düşünürəm. Oyunçular, məşqçilər, azarkeşlər – qələbəüçün hər şey etdik. Hər şey möhtəşəm di, yalnız nəticəyə sevinə bilmədik”.
Prezident 2025-ci ilədək müqaviləsi olan Enrike barədə suala əsəbləşib: “Bu sualı verərkən ciddimisiz? Baş məşqçimizlə Avropanın ən gənc heyəti ilə uzunmüddətli layihəyə başlamışıq. Təbii ki, yola davam edəcəyik”.