Göygöldə Avropa kuboku yarışından sonra 8 ölkənin yeniyetmə cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına start verilib. Avropa və Asiya ölkələrindən yığmaların qatıldığı məşqlərdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Fransa, Yunanıstan, Serbiya, Sloveniya və Ukrayna idmançıları iştirak edir.

Ardıcıl ikinci ildir təşkil edilən toplanış yenə kütləviliyi ilə seçilir. Yeniyetmələrin hazırlığında müxtəlif çəki dərəcələrində yer alan 150-dən çox cüdoçu iştirak edir. Ümumi çalışmaların keçirildiyi məşq prosesi həm komandalar arasında təcrübə mübadiləsi, həm də qarşıdan gələn yarışlara hazırlıq xarakterlidir.

Toplanış 3 gün davam edəcək.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares: