Mövsümün sonunda Dortmund “Borussiya”sından ayrılacağını açıqlayan Marko Roys xoşbəxtdir. O, 11 ildən sonra Çempionlar Liqasının finalında oynayacaqları üçün həddindən artıq sevinclidir.

Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu PSJ ilə dünənki cavab yarımfinal matçından sonra danışıb: “Bu qələbə izahedilməzdir. Uzun faslədən sonra yenə finaldayıq və dadını çıxarmalıyıq. Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq. Kimsə qapıya doğru zərbələrin sayını, dirəklərə dəyən topları yada salmayacaq, çünki önəmi olmayacaq. Reallıq bizim finalda olmağımızdır və bunu kimsə bizdən gözləmirdi”.

Hər iki oyunda 1:0 hesabı ilə qalıb gələn Almaniya təmsilçisi 3-cü dəfə Çempionlar Liqasının finalında çıxış edəcək. Maraqlıdır ki, Roys son dəfə 11 il öncə bunu bacaran dortmundluların heyətində debüt mövsümünü keçirirdisə, indi vidaya hazırlaşır. Və hər iki halda həlledici qarşılaşma İngiltərənin “Uembli” stadionunda baş tutur.

Shares: