“Çelsi” Armando Broyanı satacaq. London klubu mövsüm bitən kimi 22 yaşlı hücumçunu yola salmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, maliyyə tələblərinin pozulmaması üçün İngiltərə klubu büdcəsini nizamlamağa məcburdur. Bu səbəbdən bir neçə futbolçu satılmalıdır. Əks halda, yeni transferlər mümkün olmayacaq, hətta klub xal itkisinə məruz qala bilər. “Çelsi” də bundan qaçmaq üçün yola salmağa məcbur olduğu futbolçuların siyahısının ilk sırasına Broyanın adını yazıb.
Albaniyalı oyunçu klubun öz yetirməsidir. “Fulhem”də icarədə olan Armandonun transfer dəyəri 28 milyon avrodur.