Amerikalı aktyor Tom Kruz Paris Olimpiya Oyunlarının bağlanış mərasiminin qəhrəmanlarından biri olacaq.

“RMC Sport”un verdiyi məlumata görə, ulduz aktyor avqustun 11-də “Stad Sen Deni”də göstəriləcək videoçarxın çəkilişində iştirak edib. Buna qədər isə onu Parisin küçələrində motosikllə hərəkət edərkən görüblər.

2004-cü ildə Tom Kruz Olimpiya məşəlinin estafetində iştirak edib. Həmin vaxt o, Afina Olimpiadasının məşəlini Los-Ancelesin küçələrində daşıyıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp