Bu gün U-16 Liqasında növbəti oyunlar keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Kəpəz”in U-16 komandası doğma meydanda “Qəbələ”dən olan həmyaşıdları ilə qarşılaşıb.

Oyun ərzində “Kəpəz” azarkeşləri (onların əksəriyyəti gəncəli futbolçuların valideynləri olub – red.) qonaq komandanın üzvlərini müxtəlif söyüşlərlə təhqir ediblər.

Ən pisi isə oyun bitəndən sonra yaşanıb. Belə ki, azarkeşlər meydana çıxaraq “Qəbələ” futbolçularını döyməyə başlayıblar. Hadisə nəticəsində qonaq komandanın bir neçə üzvünün müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Hadisə müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp