Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq.

Futbolinfo.az xəbər verir ki, yığmanın 4 üzvü xalça üzərinə çıxacaq.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Yunan-Roma güləşi

60 kq
Təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq
Təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq
Təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq
Təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.

Shares: