Çempionlar Liqasının yarımfinal mərhələsində “Bayern”lə cavab oyunu “Real”ın futbollçusu Toni Kroos üçün əlamətdar olub.
Futbolinfo.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi turnirdə 20 yarımfinal matçına çıxıb.
O, bu göstəricidə yalnız Kristiano Ronaldodan (21) geri qalır.
Bu, almaniyalı oyunçunun ÇL-də 150-ci qarşılaşmasıdır. Yarış tarixində yalnız 7 futbolçu bu rəqəmə çata bilib.
Səfərdə 2:2 hesablı heç-heçə edən “Real” cavab oyununda 2:1 hesablı qələbə sayəsində finala yüksəlib. Komanda iyunun 1-dəki həlledici matçda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə üz-üzə gələcək.