Basketbol üzrə Avroliqa turnirində oyunların başlama vaxtı müəyyənləşib. Xatırladaq ki, “Dördlər finalı” Almaniyanın Berlin şəhərində keçiriləcək.
Yarışda keçən il çempion olan Madrid “Real”ından əlavə İstanbulun “Fənərbağça” və Yunanıstanın “Panatinaikos” və “Olimpiakos” komandaları mübarizə aparacaq.
İspanlar pley-off seriyasında 3 oyunda vəsiqəni təmin etdikləri halda, digər komandaların hamısı 5 oyun keçirməli olub.
Beləliklə , mayın 24-də Bakı vaxtı ilə saat 20:00-da əvvəlcə meydançaya “Panatinaikos” və “Fənərbağça” çıxacaq. 23:00-da isə “Real”la “Olimpiakos” qarşılaşacaq.
Turnirin final oyunu bazar günü, mayın 26-da olacaq.