“Atalanta” Şarl de Ketelare transferini rəsmiləşdirəcək. Berqamo klubu “Milan”dan icarəyə götürdüyü oyunçunu birdəfəlik heyətinə qatmaq hüququndan istifadə edəcək.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi heyətə qatılarkən müqaviləyə bənd daxil edilmişdi. Belə ki, mövsümün sonunda “Atalanta” istəyəcəyi halda “Milan”ın üzvünü birdəfəlik transfer edə bilər. Berqamolular həmin şərti aktivləşdirmək qərarı verib.

Yayda Şarl üçün 23 milyon avro (əlavə olaraq 4 milyon avro bonus) ödəniləcək. Oyunçunun növbəti satışından əldə olunacaq gəlirin 10 faizi də milanlılara çatacaq.

“Milan” de Ketelareni 2 il öncə “Brügge”dən 36,5 milyon avroya almışdı. 23 yaşlı futbolçu əsas heyətə düşə bilmədiyindən, icarəyə göndərilmişdi. Onun müqaviləsi 2027-ci ildə başa çatacaq.

Shares: