Şimali Amerikada “3X3” formatında peşəkar hokkey liqası yaradılır. Liqanın startı bu payızda planlaşdırılır.

Liqada 16 komandanın çıxış edəcəyi gözlənilir. Hər bir komandaya 14 hokkeyçi daxil ediləcək: 12 meydan oyunçusu və 2 qapıçı.

MHL-dəki kimi, Şimali Amerikanın “3X3” liqasında da məvacib limiti olacaq. Ən yuxarı hədd 30 milyon dollar olaraq müəyyən edilib. Komandalara Şimali Amerika, Avropa və ya Rusiyada təcrübəsi olan üç peşəkar hokkeyçi ilə müqavilə imzalamağa icazə veriləcək.

Komandanın qalan hissəsini ABŞ və Kanadadan olan tələbə hokkeyçilər, dünyanın müxtəlif yerlərindən gənc oyunçular və güclü qadın hokkeyçilər tamamlayacaqlar.

Hər bir oyunda qələbə komandaya 100 000 dollar bonus qazanmağa imkan verəcək və bu pul oyunçular və məşqçilər arasında bərabər bölünəcək.

“Hockey News” dərgisinin jurnalisti Yakob Stoller, liqanın Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdiriləcəyini bildirib.

Matçlar bir fasilə olmaqla 24 dəqiqə davam edəcək.

Shares: