“Kadinin gələcəyi ilə bağlı ancaq “Qarabağ” və ya “Krasnodar”dan məlumat almaq olar”. Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda Rusiyanın “Krasnodar” klubunda çıxış edən Kadi Borxesin meneceri Helsio Alisk deyib.

O bildirib ki, hələlik, “Qarabağ”la hansısa danışıq olmayıb: “Biz hələlik “Qarabağ”la danışmamışıq. Kadinin “Krasnodar”la müqaviləsi var və ona hörmət edir. “Qarabağ” onun sevimli klubudur. Amma bu keçidlə bağlı klublar danışmalıdır. Nə olacaqsa, birlikdə görəcəyik”.

Shares: