“OneRepublic”, “Meduza” və “Leony” musiqi qruplarının ifasında 2024-cü il Avropa çempionatının rəsmi mahnısı təqdim olunub.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatı Almaniyada baş tutacaq.

Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Birinci və ikinci yerləri tutan komandalar, həmçinin üçüncü yeri tutan dörd ən yaxşı komanda 1/8 finala yüksələcək. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp