Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Azərbaycan taekvondoçusu bürünc medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, Qaşim Maqomedov (58 kq) yarışın ikinci günündə fəxri kürsüdə yer alıb.

Azərbaycan millisi yarışa ümumilikdə 12 taekvondoçu ilə qatılıb.

Taleh Süleymanov (87 kq) və qadınların yarışında mübarizə aparan Nigar Abdullayeva (53 kq) da bu gün mübarizəyə qoşulub və uğursuz çıxış ediblər.

Shares: