Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün iki oyun baş tutacaq.

Əvvəlcə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək.

Günün digər oyunu “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək.

Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

Premyer Liqa
34-cü tur

11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
Mərdəkan. “Dalğa Arena”, 17:00.

“Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Zirə İdman Kompleksi stadionu, 19:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp