Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək. “Sərhədçi” İdman Mərkəzində “Xəzri” və “NTD-İndiqo” arasında ikinci oyun baş tutacaq.

Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü “Xəzri”nin 63:61 hesablı qələbəsi ilə başa çatıb. “NTD-İndiqo” qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə “Xırdalan” ilə “Sabah” komandaları qarşılaşıb. Mayın 10-da baş tutan matçda 81:62 hesablı qələbə qazanan ikincilər finala yüksəliblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp