Romada keçirilən “Masters” turnirinin ikinci raundunda, Cokoviç – Mute görüşündə maraqlı hadisələr baş verib.

Əvvəlcə, oyunun ikinci setinin birinci geymi zamanı Korenten Mutenin telefonundakı zəngli saat çalıb. Fransız tennisçi qaçaraq telefonu götürüb zarafatca qulağına qoyub. Bu da tamaşaçılarda və Novak Cokoviçdə təbəssüm yaradıb.

Serbiyalı tennisçinin də başına gülünc hadisə gəlib. Ondan avtoqraf almağa çalışan tamaşaçının əyilərkən çantasından düşən qab Novakın başına dəyib. Nəticədə dünya reytinqinin liderinə həkimlər baxmalı olublar. Xoşbəxtlikdən hadisə zamanı ciddi bir şey baş verməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp