“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 34-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:

“Futbolçuların psixoji durumdan çıxmaları birliyimiz, bərabərliyimiz üçün vacib idi. Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən dəstək oldular. Oyun başlayandan etibarən nəzarətimizdə idi. Rəqibin təhlükəli əks hücumları oldu. Birinci hissə rəqibin cərimə meydançası daxilində son toxunuşlarda qərarlarımız yaxşı olmadı. İkinci hissədə yaxşı hücumlarımız oldu. Qələbə qazandıq. Son iki oyunumuz qalıb. Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp