“Qəbələ” Premyer Liqanın 34-cü turunun “Sabah”la ev oyununun hazırlıq prosesini başa vurub.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ülvi İsgəndərov komanda ilə hazırlığa qatılmayıb.

O, fərdi məşqlə kifayətlənib.

Mayın 12-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp