Xorvatiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib. Gözlənildiyi kimi, yığmamızın üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” növbəti dəfə ölkəsnn ən yaxşısı olub.

Zaqreb təmsilçisi 34-cü turda “Osiyek”ə qalib gələrək xallarının sayını 78-ə çatdırıb. Komanda sonra 2 tur qalmış 2-ci yerdəki “Riyeka”nı 7 xal qabaqlayıb. Bununla da “Dinamo” çempionluğu rəsmiləşdirib. Mahir Emreli “Osiyek”lə matçda sona kimi ehtiyatda qalıb.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevral ayından “Dinamo”nun futbolçusudur. O, bu ilin yanvarında ciddi zədə alıb və həmin vaxtdan meydana çıxmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp