Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” yeni baş məşqçisini açıqlayıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yenidən Ertuğrun Sağlama tapşırılıb.

54 yaşlı mütəxəssisllə 1,5+1 illik müqavilə imzalandığı bildirilib.

Sağlam bu ilin fevral ayında istefaya göndərilmiş, onun yerinə isə Mustafa Gürsel təyin edilmişdi. Bu gün isə klub Gürsellə yolların ayrıldığını açıqlayıb.

“Kocaelispor” 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Super Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp