“Qarabağ”ın qapıçısı Andrey Lunyovun adı Rusiya klubları ilə birgə hallanmaqda davam edir.

Futbolinfo.az xəbər verir ki, son olaraq “Rostov”un 32 yaşlı qolkiperlə maraqlanması barədə məlumatlar yayılıb.

Rusiya millisinin qolkiperinin meneceri Anton Smirnov buna münasibət bildirib. O, “RB Sport”a açıqlamasında məlumatı təkzib edib. Agent Premyer Liqa komandasından onunla heç kimin əlaqə saxlamadığını söyləyib: “Rostov”dan heç bir təklif gəlməyib”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp