“Neftçi”nin hücumçusu Andre Şinyaşiki Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz”lə keçirilən oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik etməsinə münasibət bildirib.

27 yaşlı forvard oyunundan razılıqla danışıb: “Hücumçuyam, missiyalarımdan biri qol vurmaqdır. Amma het-trik hər zaman diqqəti cəlb edir. Təbii ki, qollarımdan çox məmnun idim, komandama qalib gəlməyə kömək edə bildim. Oyunumdan çox razıyam”.

Şinyaşiki mövsümü ikinci pillədə başa vurmaq şanslarının çox olduğunu düşünür: “Sona iki tur qalıb. Bu iki oyunda qalib gəlsək, ikinci yeri tuta bilərik. Matçlarımızdan biri birbaşa rəqiblə, biri isə heç bir iddiası qalmayan komanda ilə olacaq. Amma biz hər ikisinə eyni şəkildə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, “Neftçi” hazırda 53 xalla üçüncü pillədə qərarlaşır. “Ağ-qaralar” son iki turda “Səbail” və “Sabah”la qarşılaşacaq.

Shares: