Fransa Liqa 1-də 33-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, əksər oyunlar bu gün keçirilib.

Lion “Olimpik”i səfərdə “Klermon” qalib gəlib. Marsel “Olimpik”i isə “Loryan”la ev oyununda inamlı qələbəyə sevinib.

“Monako” səfərdə “Monpelye”ni, “Lill” “Nant”ı məğlub edib. Çempion PSJ isə evdə “Tuluza”ya uduzub.

Hazırda 70 xala malik PSJ zirvədəki mövqeyini qoruyub. “Monako” 64 xalla 2-ci pillədə qərarlaşıbsa, “Lill” və “Brest” 58 xalla 3-cü yeri bölüşürlər. “Nitsa” 54, “Lans” və Lion “Olimpik”i 50, Marsel “Olimpik”i 47 xal toplayıb.

Fransa Liqa 1
33-cü tur

10 may

Brest – Reyms 1:1
Qollar: Brassye, 45+1 – Munetsi, 25.

Nitsa – Havr 1:0
Qol: Boqa, 12.

12 may

Klermon – Olimpik (Lion) 0:1
Qol: Manqala, 53.

Olimpik (Marsel) – Loryan 3:1
Qollar: Obameyanq, 36; 54-pen. Jiqo, 41 – Mendi, 43.

Monpelye – Monako 0:2
Qollar: Uattara, 52. Fofana, 65.

Nant – Lill 1:2
Qollar: Ablin, 54 – David, 8; 11.

PSJ – Tuluza 1:3
Qollar: Mbappe, 8 – Dallinqa, 13. Qboho, 68. Maqri, 90+4.

Renn – Lans 1:1
Qollar: Salah, 82 – Fulgini, 48.

Strasburq – Mets 2:1
Qollar: Emeqa, 89. A.Santos, 90+1 – Mikautadze, 54.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp