“Arsenal” İngiltərə Premyer Liqasında yeni uğura imza atıb. “Topçular” buna XXXVII turda səfərdə “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlməklə nail olub.

Bu, London təmsilçisinin çempionatda cari mövsüm 27-ci qələbəsidir. Bu da klub üçün Premyer Liqa tarixində rekord göstəricidir.

Qeyd edək ki, “Arsenal” 86 xalla liderdir. Rəqibindən bir oyun az keçirən “Mançester Siti”nin 85 xalı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp