“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın rekordçusu olub. Madrid klubunun baş məşqçisi ölkə çempionatının 35-ci turunda “Selta” üzərində 1:0 hesablı qələbədən sonra eyni anda iki rekord müəyyənləşdirib.

Madrid klubu argentinalı mütəxəssisin rəhbərliyi altında 976 xal toplayıb ki, bu, turnir tarixində rekord göstəricidir. Simeone bu nəticə ilə məşhur ispaniyalı Luis Araqonesi (973 xal) arxada qoyub.

Həmçinin “Selta” ilə oyunda qazanılan uğur madridlilərin baş məşqçisi üçün İspaniyada işlədiyi müddət ərzində 400-cü qələbə olub. Bu nəticə ilə o, İspaniya futbolu tarixində bir komanda ilə 400 qələbə qazanan ilk məşqçi ünvanına sahib çıxıb.

Shares: