Milli Basketbol Assosiasiyasının 2024-cü il üçüm draft lotereyası keçirilib. Onun qalibi “Atlanta Houks” komandası olub.
Lotereyanın köməyi ilə qarşıdan gələn draftda komandaların ilk 14 oyunçunu seçim nömrələri müəyyənləşib. Lotereyada pley-offa yüksəlməyən 12 klub və “Oklahoma Siti Tanders” iştirak edib.
Lotereyanın nəticələri belə olub:
1. Atlanta Houks
2. Vaşinqton Vizards
3. Hyuston Rokets
4. San Antonio Spörs
5. Detroyt Pistons
6. Şarlott Hornets
7. Portlend Treyl Bleyzers
8. San Antonio Spörs
9. Memfis Qrizliz
10. Yutah Caz
11. Çikaqo Bulls
12. Oklahoma Siti Tander
13. Sakramento Kinqs
14. Portlend Treyl Bleyzers
Maraqlıdır ki, Atlantanın lotereyada udmaq şansı cəmi 3% olub.