Dünən A Seriyasında keçirilən “Atalanta” – “Roma” oyunundan sonra “Bolonya” və “Yuventus” komandalarının Çempionlar Liqasına vəsiqəsi rəsmiləşib. Romalıların məğlubiyyətindən sonra bu iki komandanın ən pis halda 5-ci olacağı dəqiqdir. Hər iki komandanın aktivində 67 xal var və gələn tur onlar qarşı-qarşıya gələcək.

Bununla da, “Bolonya” 60 ildən sonra ilk dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək. Sonuncu dəfə “Bolonya” 1964/1965 mövsümündə Avropa Çempionlar Kuokounda iştirak etmiş və 1/16 final mərhələsində “Anderlext” səddini keçə bilməmişdi.

Xatırladaq ki, komandanın baş məşqçisi Tyaqo Mottadır.

İtaliyadan 5-ci vəsiqə uğrunda “Atalanta”, “Roma” və “Latsio” mübarizə aparır. Onların müvafiq olaraq 63, 60 və 59 xalı var. “İnter” və “Milan” isə artıq Çempionlar Liqasına vəsiqəni təmin edib.

Shares: