Gəncə – Daşkəsən Regional Gənclər və İdman və Təhsil İdarələrinin birgə təşkilatçılığı ilə Gəncədə fəaliyyət göstərən orta məktəblərin fiziki tərbiyə müəllimləri arasında voleybol birinciliyi reallaşıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində baş tutan yarış, 39 saylı məktəbdə keçirilib.

4 komandanın mübarizə apardığı yarış gərgin və maraqlı alınıb. Voleybol idman növünün kütləviliyinə nail olmaq və təhsil işçiləri arasında dostluq münasibətlərini möhkəmləndirmək üçün təşkil edilən birinciliyin sonunda qalib və mükafatçı komandaların üzvləri diplom və kubokla mükafatlandırılıblar.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp