Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, həlledici mərhələdə son çempion “Sabah” və debütant “Xəzri” klubları qarşılaşacaqlar.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək final seriyasının açılış oyunu may 16-da, saat 19:30-da start götürəcək. İkinci matç mayın 19-da, üçüncü görüş isə 22-də reallaşacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, o zaman 4-cü və 5-ci oyunlar müvafiq olaraq 24 və 28 mayda keçiriləcək.

Bütün qarşılaşmalar saat 19:30-da başlayacaq. Final seriyasında üç qələbə qazanan komanda çempion olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp