“Bu, Hatay üçündür”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

“Hatayspor”da çıxış edən 24 yaşlı hücumçu Türkiyə Super Liqasının 36-cı turunda, “Ankaragücü” ilə oyunun (2:1) 90-cı dəqiqəsində fərqlənərək qələbə qolunun müəllifi olub.

Hatay təmsilçisi 37 xalla 18-ci pillədə qərarlaşıb. Komanda şəhərdəki zəlzələdən sonra ev oyunlarını Mersində keçirir. Dadaşov ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib.

Shares: