İngiltərənin “Mançester Yunayted” klubu antirekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, bu, komandanın İngiltərə Premyer Liqasının 37-ci turunda evdə “Arsenal”a 0:1 hesabı ilə məğlub olması ilə gerçəkləşib.

Mançester təmsilçisi cari mövsümdə bütün yarışlarda ev oyunlarında 9-cu məğlubiyyətini alıb. Bu, klub tarixində növbəti antirekorddur. “Mançester Yunayted”in oxşar nəticələri 1920/1921, 1930/1931, 1933/1934, 1962/1963 və 1973/1974 mövsümlərində qeydə alınıb.

Komanda hazırda Premyer Liqada 36 turdan sonra 54 xalla 8-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp