Yekaterina Quliyeva İdman Arbitraj Məhkəməsinə (CAS) dopinqə görə diskvalifikasiya qərarından apellyasiya şikayəti verib. Bu barədə atletikada neqativ hallarla mübarizə üzrə müstəqil qurum kimi tanınan “Athletics Integrity Unit” (AIU) məlumat yayıb.
Rusiyalı idmançı Moskva antidopinq laboratoriyasının (LIMS) məlumatlarına əsasən, 4 illik diskvalifikasiya edilmişdi. 2015-ci ildən 2017-ci ilə qədər çəkdiyi iki illik diskvalifikasiyaya görə, onun cəza müddəti 28 mart 2024-cü ildən 27 mart 2026-cı il tarixinə qədər nəzərdə tutulub.
Quliyevanın 17 iyul 2012-ci il tarixindən 20 oktyabr 2014-cü il tarixədək göstərdiyi bütün nəticələr etibarsızdır. Müraciət rədd edilərsə, idmançı 2012-ci il Olimpiadasında 800 metr məsafəyə qaçışda qazandığı gümüş medaldan məhrum olacaq.
Quliyevanın 33 yaşı var. 2021-ci ildən Türkiyəni təmsil edir. O, Ramil Quliyevin həyat yoldaşıdır.