“Liverpul” yayda Entoni Qordonu transfer etmək üçün növbəti dəfə cəhd göstərəcək. “Nyukasl” mövsüm bitən kimi bir ulduzunu satmağa məcburdur və mersisaydlılar bu şansı əldən vermək istəmir.

Futbolinfo.az xəbər verir ki, “sağsağanlar” maliyyə feyr-pleyinə əməl etmək üçün Qordon və Aleksander İsakdan birini satmalıdır. Hazırda “Arsenal” İsakı almaq üçün cəhd göstərir. Amma “Liverpul”un təklifi daha cəlbedici olduğundan “Nyukasl”ın londonlulara rədd cavabı verib Entoninin satışına fokuslana bilər.

Hər iki ulduzu satmağa gərək yoxdur. Sadəcə, “Nyukasl” kimi qurban verəcəyini dəqiqləşdirməlidir.

Shares: