İngiltərənin “Bornmut” klubu baş məşqçisi Andoni İraola ilə müqavilə müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, 41 yaşlı ispaniyalı mütəxəssis daha 1 il “albalılar”ı çalışdıracaq.
İraola 2023-cü ildə İspaniyanın “Rayo Valyekano” klubundan ayrılaraq “Bornmut”a keçib.
Onun rəhbərlik etdiyi komanda hazırda İngiltərə Premyer Liqasında 48 xalla 11-ci yerdədir.