Bu gün Macarıstanda Eqer şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.

Futbolinfo.az xəbər verir ki, yarışda Azərbaycan milli komandası gənclərin yarışında təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev turnirdə Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.

Yarışda final döyüşləri mayın 17-də olacaq.

Komandamız mayın 18-də Bakıya dönəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp