“Beşiktaş” və “Trabzonspor” komandaları arasında keçiriləcək Türkiyə kubokunun final oyununun stadionu bəlli olub.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Onun sözlərinə görə, qarşılaşma İstanbuldakı Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək.

Mayın 23-də baş tutacaq həlledici oyuna saat 20:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp