“Əl İttihad” məşqçidəyişikliyinə hazırlaşır. Marselo Qalyardo tezliklə postunu tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubuna mövsümün gedişində təyinat alan argentnalı nəticələri yaxşılaşdıra bilməyib. Klub rəbərliyi də onun işindən narazıdır.

“Əl İttihad” Qalyardonun rəhbəliyi altında meydana çıxdığı 30 görüşün 14-də qalib gəlib, 13 matçda uduzub, daha 3 qarşılaşma heç-heçə bitib. Bu üzdən 2025-ci ilin yayında bitəcək müqaviləyə xitam veriləcək və 48 yaşlı mütəxəssisə kompensasiya ödəniləcək.

Shares: